Azərbaycanda bu TV kanalın yayımı dayandırılacaq

17:07 - 22 Fevral 2024 - ÖLKƏ İÇİ

Audiovizual Şura “MTV” televiziya kanalının efirinin 27 fevral saat 09.00-dan 17.00-dək 8 saat müddətinə dayandırılması barədə qərar qəbul edib.

Bu barədə Ucnoqta.az-a Şuradan məlumat verilib.

Bildirilib ki, buna 20 fevral tarixində kanalının efirində “Tarixin bir günü” proqramında son günlər müzakirə olunan yeniyetmə qızların bir-birinə təhqiredici davranışlarını əks etdirən videogörüntülərin yayılması səbəb olub.

Qeyd edilib ki, həmin mövzunun işıqlandırılması zamanı “Media haqqında” Qanunun müvafiq maddələri pozulub.

"Sözügüdən proqramın yayımı zamanı yeniyetmə qızlardan birinin digərinə qarşı nalayiq və təhqiredici hərəkətlərini həmin qızın doğulduğu məkanla əlaqələndirilməsi və bununla da həmin yaşayış məntəqəsində məskunlaşanlara ayrıseçkilik təbliğ olunaraq onların təhqir olunması, həmin nalayiq hərəkətləri edən yeniyetmə qızın üzünün açıq göstərilməsi halları qanunvericiliyin tələblərinin birbaşa pozuntusu kimi qiymətləndiriib", - deyə məlumatda vurğulanıb.

Xəbər xətti