“Qarabağ” – “Braqa” oyununa bütün biletlər satılıb

16:36 - 22 Fevral 2024 - İDMAN

UEFA Avropa Liqasının pley-off mərhələsində Bakıda “Qarabağ” və “Braqa” komandaları arasında keçiriləcək cavab oyunu üçün biletlər tükənib.

Ucnoqta.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda oynanılacaq matç üçün satışa çıxarılmış biletlərin hamısı alınıb.

Qeyd edək ki, bu gün reallaşacaq qarşılaşma saat 21:45-də start götürəcək. Portuqaliyadakı ilk matçda “Qarabağ” 4:2 hesablı qələbə qazanıb.

Xəbər xətti