İsrailin endirdiyi zərbələr nəticəsində Qəzza zolağında bir gündə ən azı 97 nəfər həlak olub.
Ucnoqta.az xəbər verir ki, bu barədə Fələstin anklavının Səhiyyə Nazirliyi məlumat yayıb.
Məlumata görə, son 24 saat ərzində 97 nəfər İsrail təcavüzünün qurbanı olub, daha 132 nəfər yaralanıb. Nazirlik bildirib ki, Fələstin-İsrail münaqişəsinin kəskinləşməsinin əvvəlindən Qəzza zolağında həlak olanların sayı 29 410 nəfərə çatıb, 69 465 nəfər isə yaralanıb.