Ağdamda 4 il əvvəl ölən qızın meyiti tapılıb.
Ucnoqta.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun İmamqulubəyli qəsəbəsində qeydə alınıb.
Meyiti tapılan şəxsin qəsəbə sakini, 2000-ci il təvəllüdlü Nəcəfova Nübar Şikar qızı olduğu bildirilir.
Verilən məlumata görə, onu atası, Nəcəfov Şikar Süleyman oğlu 4 il əvvəl qətlə yetirərək evin həyətyanı sahəsində basdırıb.
Meyit hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən aşkara çıxarılıb.
Faktla bağlı araşdırmalar aparılır.