Xankişiyev Rasim Vasif oğlunun axtarışları Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən intensiv şəkildə davam etdirilir.
Ucnoqta.az xəbər verir ki, ötən ilin dekabr ayının 26-da İmişli rayonunun Qaragüvəndikli kənd sakini, 2013-cü il təvəllüdlü R.Xankişiyev yaşadığı kəndin ərazisində itkin düşüb. Rasimin ailəsi onun axtarışları ilə bağlı ARB TV-də yayımlanan “Səni Axtarıram” verilişinə müraciət edib.
Hazırda FHN-in Mülki müdafiə qoşunları, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti, Xüsusi Riskli Xilasetmə Xidməti və Muğan Regional Mərkəzinin qüvvələri cəlb olunmaqla uşağın itkin düşdüyü ehtimal edilən istiqamətlər üzrə axtarış-xilasetmə tədbirləri həyata keçirilir.
Ümumilikdə axtarış-xilasetmə əməliyyatlarına 75 nəfərdən ibarət şəxsi heyət, 2 xüsusi təlim görmüş it, 13 ədəd xüsusi texnika və nəqliyyat vasitəsi cəlb olunub. Əlavə məlumat veriləcək.