"İnter Mayami"nin baş məşqçisi Xerardo Moreno argentinalı hücumçu Lionel Messinin yeni mövsümün ilk oyunundakı çıxışından razı qalıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə klubun xidməti məlumat yayıb.
“O, çox yaxşı oynadı, rahatdır, sürətli oyun nümayiş etdirdi. Onda başqa oyunçularda olmayan bir xüsusiyyət var - o, topu rəqib qapısından uzaqda da qəbul edəndə təhlükəli an gözləyirsən. Onun yaxşı çıxış etdiyinə görə şadam”, - mütəxəssis bildirib.
Qeyd edək ki, "İnter Mayami" doğma meydanda "Real Solt Leyk"ə 2:0 hesabı ilə qalib gəlib.