Azərbaycan neftinin qiyməti 87 dolları ötüb

10:08 - 22 Fevral 2024 - Xəbər

Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti bahalaşıb.

Ucnoqta.az xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,69 ABŞ dolları və ya 0,79% artaraq 87,62 ABŞ dolları təşkil edib.

Xatırladaq ki, Azərbaycanın 2024-cü ilin dövlət büdcəsində neftin bir barelinin orta qiyməti 60 ABŞ dollarından hesablanıb.

“Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.

Xəbər xətti