Yeni Zelandiya Ukraynaya 25,9 milyon NZ$ (15,9 milyon dollar) məbləğində yeni yardım ayırdığını açıqlayıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə lkənin Xarici işlər naziri Uinston Peters və müdafiə naziri Cudit Kollinz deyib
Bu vəsaitin təxminən 4 milyon dollarının Kiyev üçün silah və sursatların alınması üçün Böyük Britaniya tərəfindən idarə olunan Ukrayna Beynəlxalq Fonduna yatırılacağı qeyd olunur.
Daha 4,3 milyon dollar humanitar yardıma, 1,8 milyon dollar isə Dünya Bankının Ukraynanın yenidən qurulması fonduna yönəldiləcək.