ABŞ Yəməndə husi üsyançı Ənsar Allah hədəflərinə dörd zərbə endirib.
Ucnoqta.az xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb.
Bildirilir ki, fevralın 21-də saat 12:00-dan 18:45-dək CENTCOM husilərin yeddi mobil gəmi əleyhinə qanadlı raketinə və bir ballistik raket buraxılış qurğusuna qarşı dörd özünümüdafiə zərbəsi endirilib.
Həmçinin CENTCOM özünümüdafiə məqsədilə pilotsuz uçuş aparatını da vurub.