Türkiyə Hərbi Dəniz Qüvvələri onunla imzalanan müdafiə və iqtisadi əməkdaşlıq müqaviləsi çərçivəsində Somalinin quru sularını 10 il qoruyacaq.
Ucnoqta.az xəbər verir ki, bu barədə Anadolu agentliyi Somali prezidenti Həsən Şeyx Mahmuda istinadən məlumat yayıb.
"Türkiyə qardaşlarımız bu razılaşma çərçivəsində dənizlərimizi 10 il qoruyacaq. 10 illik əməkdaşlıqdan sonra dənizlərimizi qoruyacaq bir donanmamız olacaq" - Somali prezidenti deyib.
O qeyd edib ki, saziş terrorizm, xarici təhdidlər, dəniz quldurluğu və qeyri-qanuni balıq ovu ilə mübarizə, sahillərin müdafiəsi və dəniz ehtiyatlarının inkişafı kimi sahələrdə əməkdaşlığı əhatə edir.
O, sənədin Efiopiya və ya başqa bir ölkəyə qarşı düşmən məqsədləri olmadığını vurğulayıb.