Ronaldonun komandası Asiya Çempionlar Liqasının 1/4 finalına yüksəlib

00:08 - 22 Fevral 2024 - İDMAN

Asiya Futbol Konfederasiyası Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyununda "Əl Nəsr" "Əl Feyha"nı 2:0 hesabı ilə məğlub edib.

Ucnoqta.az xəbər verir ki, Səudiyyə Ərəbistanı çempionatının klubları arasında keçirilən ilk oyun Ronaldonun yeganə qolu sayəsində “Əl-Nəsr”in minimal hesablı qələbəsi ilə başa çatıb.

“Əl Nəsr” 1/4 finalda BƏƏ-nin “Əl Ayn” komandası ilə qarşılaşacaq. Görüşlər mart ayında baş tutacaq.

Turnirin hazırkı qalibi bu mövsüm qrupdan vəsiqə qazana bilməyən Yaponiyanın “Urava Red Diamonds” klubudur.

Xəbər xətti