İsrail hərbçiləri Qəzza zolağının mərkəzi hissəsində ərzaq daşıyan BMT karvanını atəşə tutub.
Ucnoqta.az xəbər verir ki, bu barədə CNN BMT sənədlərinə istinadən məlumat yayıb.
Onlarda BMT əməkdaşları ilə İsrail hərbçiləri arasında fevralın 5-də konvoyun marşrutunun əlaqələndirilməsini göstərən yazışmalar var. BMT-nin insidentlə bağlı daxili hesabatına görə, humanitar yardım daşıyan 10 maşından 1-i İsrail ordusunun postu yaxınlığında dayanarkən atəşə tutulub. Karvanda heç kim xəsarət almasa da, yükün böyük hissəsi məhv olub.