Rusiya səfiri Çexiya Xarici İşlər Nazirliyinə çağırılıb

15:21 - 21 Fevral 2024 - DÜNYA

Çexiyanın xarici işlər naziri Yan Lipavski Aleksey Navalnının ölümü ilə əlaqədar Rusiyanın respublikadakı səfiri Aleksandr Zmeevskini çağırıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə ČTK xəbər agentliyi məlumat yayıb.

Məlumata görə, nazir Lipavskin Aleksey Navalnının ölümü ilə bağlı Rusiya səfirini çağırıb. Çexiya onun ölüm şəraitinin araşdırılmasını və cəsədin nə üçün mərhumun ailəsinə verilmədiyini izah etməyə çağırıb. 

Rusiya səfirliyi hələlik vəziyyətə münasibət bildirməyib.

Xəbər xətti