Qəzza zolağında ölənlərin sayı artıb

14:41 - 21 Fevral 2024 - DÜNYA

İsrailin 2023-cü ilin oktyabrında başladığı əməliyyatdan bəri Qəzza zolağında ən azı 29 300 nəfər həlak olub.

Ucnoqta.az xəbər verir ki, bu barədə Fələstin Səhiyyə Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, ötən il oktyabrın 7-dən bəri həlak olanların sayı 29 313 nəfərə, yaralıların sayı isə 69 333 nəfərə çatıb. Məlumata görə, son 24 saat ərzində 118 nəfər ölüb, 163 nəfər yaralanıb.

Xəbər xətti