Özbəkistanda fabrikin tavanı çökdü - 3 ölü, 29 yaralı

13:03 - 21 Fevral 2024 - DÜNYA

Özbəkistanın Daşkənd vilayətinin Almalık şəhərində tikilməkdə olan mis emalı zavodunda tavanın uçması Hindistandan olan 3 işçinin ölümünə səbəb olub. Şəhər prokurorluğu fövqəladə vəziyyətlə bağlı cinayət işi açıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Respublika Baş Prokurorluğunun mətbuat xidmətindən məlumat verilib.

Mətbuat xidmətinin məlumatına görə, Almalık şəhərində baş vermiş hadisə ilə bağlı “Əmək mühafizəsi qaydalarını pozma” maddəsi ilə cinayət işi açılıb.

Hadisə nəticəsində daha 29 nəfər işçilər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Xəbər xətti