Pakistanın aparıcı partiyaları hökumətin formalaşdırılması ilə bağlı razılığa gəliblər

07:50 - 21 Fevral 2024 - DÜNYA

Pakistan Müsəlman Liqası (N) və Pakistan Xalq Partiyası İslam Respublikası  federal hökumətin formalaşdırılması ilə bağlı razılığa gəliblər.

Ucnoqta.az xəbər verir ki, bu barədə Geo telekanalı PML-N sədri Şahbaz Şərif, PPP sədri Bilaval Bhutto-Zərdari və PPP parlament fraksiyasının rəhbəri Asif Əli Zərdari birgə mətbuat konfransına istinadən məlumat verib.

“PXP və PML-N indi Milli Assambleyada lazımi sayda yerlərə malikdir və biz növbəti hökuməti formalaşdıra bilirik”, - deyə Bhutto-Zərdari deyib. Partiyalararası razılaşmalara əsasən, baş nazir postunu Şahbaz Şərif tutacaq, Asif Əli Zərdari isə Pakistan prezidenti olacaq.

Xəbər xətti