ABŞ Yəmən sahillərində MQ-9 PUA-nın vurulduğunu təsdiqləyib

00:31 - 21 Fevral 2024 - DÜNYA

 ABŞ Müdafiə Nazirliyi bazar ertəsi Yəmən sahillərində ABŞ-ın MQ-9 müşahidə və hücum pilotsuz təyyarəsinin Ənsar Allah üsyançıları tərəfindən vurulduğunu təsdiqləyib.

Ucnoqta.az xəbər verir ki, bu barədə Pentaqonun mətbuat katibinin müavini Sabrina Sinq deyib.

"Təsdiq edə bilərəm ki, fevralın 19-da Qırmızı dənizdə, Yəmənin husilərin nəzarətində olan ərazilərin sahillərində bir MQ-9 vurulub. İlkin məlumatlara görə, o, husilər tərəfindən "yer-hava" raketi vasitəsi ilə vurulub" - o, jurnalistlər üçün keçirdiyi brifinqdə bildirib.

Pentaqonun sözçüsü əlavə edib ki, Mərkəzi Komandanlıq vurulmuş pilotsuz təyyarənin bərpası variantlarını araşdırır.

Forbes jurnalına görə, belə bir PUA-nın qiyməti təxminən 32 milyon dollardır.

Xəbər xətti