Qvineyada nümayiş keçirilib

00:16 - 21 Fevral 2024 - DÜNYA

Qvineyada bir sıra elektron media və sosial şəbəkələrin internet bloklanmasına son qoyulması tələbi ilə ölkənin paytaxtı Konakridə Poçt binası qarşısında üç aya yaxındır ki, davam edən nümayiş keçirilib.

Ucnoqta.az xəbər verir ki, bu barədə Qvineya xəbər portalı Guinee 360 ​​məlumat yayıb.

Məlumata görə, etirazçılar həmçinin Qvineya Peşəkar Mətbuat İttifaqının rəhbəri, jurnalist Sekou Camal Pendessanın həbsxanadan dərhal azad edilməsini tələb ediblər. Əksəriyyəti gənclərdən ibarət olan aksiyaçılara qarşı polis heç bir tədbir görməyib.

Xəbər xətti