"Real"ın Mbappe ilə müqaviləni nə vaxt elan edəcəyi məlum olub

00:19 - 21 Fevral 2024 - İDMAN

2023/24 mövsümünün sonunda Fransa PSJ-ni pulsuz tərk edəcək və azad agent kimi "Real Madrid"ə keçəcək 25 yaşlı hücumçu Kilian Mbappe bu transfer üçün İspaniya klubundan 150 milyon avro alacaq.

Ucnoqta.az xəbər verir ki, bu barədə Britaniyanın BBC nəşri məlumat yayıb. "Real Madrid" Çempionlar Liqasında PSJ ilə görüş artıq mümkün olmadıqda transferi açıqlamağı planlaşdırır.

Mbappenin "Real Madrid"lə 5 illik müqavilə imzalayacağı və ona görə hər mövsüm üçün 15 milyon avro alacağı iddia edilir.

Mbappe maaşından əlavə hər il daha 30 milyon avro alacaq.

Xəbər xətti