Gürcüstan 2030-cu ilə qədər Aİ-yə üzv olacağını ümid edir

18:44 - 20 Fevral 2024 - DÜNYA

Gürcüstan Avropa İttifaqının bütün şərtlərini yerinə yetirməyi planlaşdırır və 2030-cu ildə birliyə qoşulacaq.

Ucnoqta.az xəbər verir ki, bunu Gürcüstanın baş naziri İrakli Kobaxidze deyib.

"Bizim 2030-cu ildə Gürcüstanın Aİ-yə inteqrasiyası ilə bağlı iddialı planlarımız var. 2030-cu ildə Gürcüstan Aİ üzvlüyünə digər namizəd ölkədən daha çox hazır olacaq. Bu, İddialı planımız var və biz islahatların və Avropaya inteqrasiya üçün atılmalı olan bütün addımların aparılmasına sadiqik”, - Kobaxidze Gürcüstan-Aİ Assosiasiya Şurasının iclasından sonra keçirilən brifinqdə deyib.

Kobaxidze həmçinin “ən azı 2030-cu ilə qədər Gürcüstanın Avropa Birliyinin tamhüquqlu üzvü olacağına” ümid etdiyini bildirib.

Xəbər xətti