Fələstinin radikal HƏMAS hərəkatı və İsrail Qəzza zolağında saxlanılan girovların azad edilməsi ilə bağlı razılığa gəlmək üçün məsləhətləşmələri davam etdirir.
Ucnoqta.az xəbər verir ki, bu barədə Qətər Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Məcid bin Məhəmməd əl-Ənsari məlumat verib.
“Qarşılaşdığımız problemlərə baxmayaraq, əsirlərin mübadiləsinə dair yeni saziş üzrə danışıqlar davam edir. Qətər vasitəçilik səylərini davam etdirir, bütün tərəflər qarşılıqlı əlaqədə olmağa davam edir" - deyə Əmirliyin Xarici İşlər Nazirliyinin nümayəndəsi əlavə edib.