İstanbulda Çin kəşfiyyatına işləməkdə şübhəli bilinən şəxslər saxlanılıb

15:14 - 20 Fevral 2024 - DÜNYA

Türkiyə xüsusi xidmət orqanları İstanbulda 6 nəfəri Çin kəşfiyyatına işləmək şübhəsi ilə saxlayıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə “Cümhuriyyət” qəzeti hüquq-mühafizə orqanlarındakı mənbələrə istinadən məlumat yayıb.

Saxlanılanların Türkiyədə yaşayan Çinin Sincan-Uyğur Muxtar Bölgəsindən (SUMR) olan insanlar və yerli etnik təşkilatların fəaliyyətlərində iştirakları barədə məlumatlar topladığı iddia edilir.

Əməliyyat çərşənbə axşamı səhər saatlarında İstanbul prokurorluğunun apardığı casusluq fəaliyyəti ilə bağlı araşdırma çərçivəsində həyata keçirilib. Axtarışda olan 7 nəfərdən daha birinin axtarışları davam edir.

Xəbər xətti