Bosniya və Herseqovina, Gürcüstan, Moldova və Serbiya NATO-ya daxil olacaq - Lukaşenko

12:36 - 20 Fevral 2024 - DÜNYA

Bosniya və Herseqovina, Gürcüstan, Moldova və Serbiya da NATO-ya daxil olacaq.

Ucnoqta.az BELTA-ya istinadən xəbər verir ki, bu barədə Aleksandr Lukaşenko bildirib.

"Finlandiyanın, indi isə İsveçin NATO-ya daxil olması şərqə doğru genişlənmənin növbəti mərhələsidir. Bosniya və Herseqovina, Moldova, Gürcüstan, Serbiya alyansa cəlb olunacaq. Bütün bunlar Ukrayna ssenarisi üzrə olacaq" - o, vurğulayıb.

Onun sözlərinə görə, proqnozlar məyusedicidir.

"Kollektiv Qərbin iştahı və fəallığı daha da artacaq. Vaşinqton və onun müttəfiqləri NATO-nu genişləndirməyə davam edəcəklər. Vəziyyət onlar üçün daha əlverişlidir", - deyə prezident qeyd edib. 

Xəbər xətti