İranın BMT-dəki daimi nümayəndəsi Əmir Səid İrəvani ABŞ-ın Tehranın Yəmən üsyançıları Ənsar Allah (Husi) hərəkatını silahla təchiz etməkdə əli olması ilə bağlı ittihamlarını rədd edib.
Ucnoqta.az xarici mətbuata istinadən xəbər verir ki, o, BMT Təhlükəsizlik Şurasının sədrinə müvafiq məktub göndərib.
İrəvaninin sözlərinə görə, Tehran “müntəzəm olaraq Yəməndəki böhranın diplomatiya yolu ilə sülh yolu ilə həllinin tərəfdarıdır” və heç vaxt BMT Təhlükəsizlik Şurasının qətnamələrinə zidd fəaliyyətlər, o cümlədən silah satışı və ya ötürülməsi ilə məşğul olmayıb.