Gəncədə azyaşlı qız xəstəxanda ölüb
Ucnoqta.az xəbər verir ki, Gədəbəy rayon sakini, 2014-cü il təvəllüdlü Ruqəyya Həsənova xəstəxanaya ağır vəziyyətdə gətirilib.
Lakin həkimlərin səylərinə baxmayaraq 9 yaşlı qız xəstəxanada ölüb. Bildirilir ki, R.Həsənova 20 gün bundan əvvəl qızılcaya yoluxub. İlkin məlumata görə azyaşlı ağciyərlərinə su yığılmasından ölüb.
Ölüm hadisəsi ilə bağlı hüquq-mühafizə orqanları araşdırma aparır.