Braziliyanın xarici işlər naziri Mauro Vieira Cənubi Amerika respublikasının prezidenti Luiz İnasio Lula da Silvanın İsraildə persona non-qrata elan edilməsindən sonra İsrailin bu ölkədəki səfiri Daniel Zonşeyni danışıqlara çağırıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə G1 portalı məlumat yayıb.
Məlumata görə, səfirdən bazar ertəsi Rio-de-Janeyrodakı Xarici İşlər Nazirliyinin sarayında olması xahiş olunub.