İsrail səfiri Braziliya XİN-ə çağrıldı

00:16 - 20 Fevral 2024 - DÜNYA

Braziliyanın xarici işlər naziri Mauro Vieira Cənubi Amerika respublikasının prezidenti Luiz İnasio Lula da Silvanın İsraildə persona non-qrata elan edilməsindən sonra İsrailin bu ölkədəki səfiri Daniel Zonşeyni danışıqlara çağırıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə G1 portalı məlumat yayıb.

Məlumata görə, səfirdən bazar ertəsi Rio-de-Janeyrodakı Xarici İşlər Nazirliyinin sarayında olması xahiş olunub.

Xəbər xətti