Qvineyanın keçid prezidenti Mamadi Dumbuya hökuməti buraxıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə “Reuters” dövlət başçısı administrasiyasının rəsmi nümayəndəsi Amar Kamaranın bəyanatına istinadən məlumat yayıb.
O qeyd edib ki, yeni hökumət təyin olunana qədər nazirlik və idarələrə nazir müavinləri və digər aşağı rütbəli məmurlar rəhbərlik edəcəklər. Hökumətin buraxılmasının səbəbləri açıqlanmır. Tezliklə yeni hökumətin formalaşacağı gözlənilir.