Qvineya lideri hökuməti buraxdı

00:06 - 20 Fevral 2024 - DÜNYA

Qvineyanın keçid prezidenti Mamadi Dumbuya hökuməti buraxıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə “Reuters” dövlət başçısı administrasiyasının rəsmi nümayəndəsi Amar Kamaranın bəyanatına istinadən məlumat yayıb.

O qeyd edib ki, yeni hökumət təyin olunana qədər nazirlik və idarələrə nazir müavinləri və digər aşağı rütbəli məmurlar rəhbərlik edəcəklər. Hökumətin buraxılmasının səbəbləri açıqlanmır. Tezliklə yeni hökumətin formalaşacağı gözlənilir.

Xəbər xətti