Braziliya prezidenti Luiz İnasio Lula da Silva Qəzza zolağındakı vəziyyətlə bağlı şərhlərinə görə üzr istəyənə qədər İsraildə persona non-qrata olaraq qalacaq.
Ucnoqta.az xəbər verir ki, bu bəyanatla İsrail Xarici İşlər Naziri İsrael Katz Braziliyanın Tel-Əvivdəki səfirini geri çağırmasından sonra bildirib.
"Braziliya prezidenti üzr istəməyənə və yəhudi xalqına və İsrailə atdığı antisemitizm təhrikindən imtina edənə qədər, o, İsrail dövlətində persona non qrata olacaq", - Katz X-də yazıb.
Eyni zamanda, Braziliya liderinin beynəlxalq məsələlər üzrə xüsusi nümayəndəsi Selso Amorim bildirib ki, Lula da Silva İsraildən verdiyi bəyanatlara görə üzr istəmək niyyətində deyil.