Braziliya lideri üzr istəyənə qədər persona non-qrata qalacaq - İsrail XİN

00:01 - 20 Fevral 2024 - DÜNYA

Braziliya prezidenti Luiz İnasio Lula da Silva Qəzza zolağındakı vəziyyətlə bağlı şərhlərinə görə üzr istəyənə qədər İsraildə persona non-qrata olaraq qalacaq.

Ucnoqta.az xəbər verir ki, bu bəyanatla İsrail Xarici İşlər Naziri İsrael Katz Braziliyanın Tel-Əvivdəki səfirini geri çağırmasından sonra bildirib.

"Braziliya prezidenti üzr istəməyənə və yəhudi xalqına və İsrailə atdığı antisemitizm təhrikindən imtina edənə qədər, o, İsrail dövlətində persona non qrata olacaq", - Katz X-də yazıb.

Eyni zamanda, Braziliya liderinin beynəlxalq məsələlər üzrə xüsusi nümayəndəsi Selso Amorim bildirib ki, Lula da Silva İsraildən verdiyi bəyanatlara görə üzr istəmək niyyətində deyil.

Xəbər xətti