Meksikanın Tamaulipas ştatında ABŞ sərhədinə yaxın Migel Alemanda silahlı şəxslər təhlükəsizlik qüvvələrinə hücum edib.
Ucnoqta.az xəbər verir ki, qarşıdurmada 12 nəfər həyatını itirib. Münaqişədə təhlükəsizlik qüvvələrindən ölən və ya yaralanan olub-olmaması ilə bağlı açıqlama verilməyib.
Qeyd edək ki, Tamaulipas ştatında insan alveri və narkotik alveri ilə məşğul olan müxtəlif mütəşəkkil cinayət qrupları var.