İsrail Livanın cənubunda neft məhsulları anbarına zərbə endirib

20:18 - 19 Fevral 2024 - DÜNYA

 İsrail Hərbi Hava Qüvvələrinin qırıcıları Livanın cənubunda şiə Hizbullah partiyasının silahlı qüvvələrinin arxa bazasına hücum edib.

Ucnoqta.az xəbər verir ki, bu barədə TASS-a hadisə yerində olan şahidlərdən biri məlumat verib.

Məlumata görə, raket zərbəsi Səidə şəhəri yaxınlığında Əl-Qazia bölgəsində neft məhsulları olan anbara düşüb. Hadisə yerinə yanğınsöndürənlər və təcili tibbi yardım maşını gəlib.

Hələlik mümkün tələfat və yaralananlar barədə məlumat verilməyib.

Xəbər xətti