Kazanda Açıq Həvəskarlar Liqasının futbol matçı zamanı bir nəfər ölüb
Ucnoqta.az xəbər verir ki, bu barədə TASS-a Tatarıstanın Səhiyyə Nazirliyi məlumat verib. Bildirilir ki, ölümün ilkin səbəbi infarkt olub.
"Adam futbol oynayarkən xəstələnib və huşunu itirib. Bir neçə dəqiqə ərzində həkim briqadası gəlib, təəssüf ki, xəstə dünyasını dəyişib", - şöbədən bildirilib.