Rusiyanın Berlindəki səfiri XİN-ə çağrıldı

14:40 - 19 Fevral 2024 - DÜNYA

Rusiyanın Berlindəki səfiri Almaniya Xarici İşlər Nazirliyinə çağrılıb

Ucnoqta.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Xarici İşlər Nazirliyinin nümayəndəsi brifinqdə məlumat verib.

"Xarici işlər naziri Brüsseldəki görüşdən əvvəl bir daha Aleksey Navalnının ölümünə münasibət bildirib. Və sizə bildirmək istəyirəm ki, federal hökumət, Xarici İşlər Nazirliyi bu gün Rusiya səfirini çağırır"- XİN nümayəndəsi deyib.

Xəbər xətti