Aİ xarici işlər nazirləri Qırmızı dənizdə missiyaya başlamaq barədə razılığa gəliblər

13:58 - 19 Fevral 2024 - DÜNYA

Aİ xarici işlər nazirlərinin Brüsseldə keçirilən toplantısının iştirakçıları ittifaqın Qırmızı dənizdə yeni dəniz missiyasının işə salınması ilə bağlı razılığa gəliblər.

Ucnoqta.az xəbər verir ki, bu barədə DPA agentliyi avropalı diplomatlara istinadən məlumat yayıb.

“Aspides” əməliyyatı Avropa gəmilərinin qorunmasına yönəldiləcək. Avropa gəmilərinin yalnız dənizdən gələn hücumlara cavab verməsi və materikə doğru atəş açmayacağı gözlənilir.

Xəbər xətti