Rusiya və Ermənistanın Ukrayna ilə bağlı mövqeləri diametral şəkildə fərqlənir
Ucnoqta.az xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Ermənistanın baş naziri Nikol Paşinyanın Ukrayna məsələsində Ermənistanın Rusiya Federasiyasının müttəfiqi olmadığı barədə bəyanatını şərh edərkən bildirib.
"Həqiqətən, bizim Ukraynada baş verənlərə və Ukrayna ətrafındakı münaqişəyə dair diametral şəkildə əks mövqelərimiz var. Bu, sirr deyil. Buna görə də bu, erməni dostlarımızın məlum mövqeyidir. Biz bu məsələdə onlarla razılaşmayacağıq və biz israrla haqlı olduğumuzu izah etməyə davam edəcəyik”, - Kreml nümayəndəsi vurğulayıb.