"Liqada yenidən qalib gəldik, inam və motivasiya səviyyələrini artırmaq vacib idi".
Ucnoqta.az xəbər verir ki, bu sözləri "Braqa"nın baş məşqçisi Artur Jorje Portuqaliya çempionatının son turunda ötən gecə "Farense"yə qalib gəldikləri oyundan (2:1) sonra mətbuat konfransında deyib.
O, Avropa Liqasının pley-off mərhələsində "Qarabağ"la keçiriləcək cavab matçı ilə bağlı da fikirlərini bölüşüb: "Əlbəttə, "Qarabağ"la oyuna fərqli əhval-ruhiyyədə yollanacağıq. Artıq diqqətimizi Bakıdakı oyuna yönəltməyə başlayacağıq. Son dəqiqəyə qədər mübarizə aparacağıq ki, hesabı xeyrimizə dəyişək".
Baş məşqçi zədə səbəbindən "Qarabağ"la ilk oyunda meydana çıxmayan Portuqaliya millisinin vingeri Rikardo Hortanın Bakıdakı görüşə hazır olacağını da bildirib: "Mən 95 faiz əminəm ki, oynayacaq".
Qeyd edək ki, fevralın 22-də Tofiq Bəhramov adına Respublika Stadionunda oynanılacaq "Qarabağ" - "Braqa" görüşü saat 21:45-də başlayacaq. Bu komandalar arasında Portuqaliyada keçirilən ilk matç Ağdam təmsilçisinin 4:2 hesablı qələbəsi ilə başa çatıb.///qol.az