Papua Yeni Qvineyada qəbilələr arasında toqquşmalarda ölənlərin sayı artıb

08:32 - 19 Fevral 2024 - DÜNYA

Papua-Yeni Qvineyanın dağlıq bölgələrində qəbilələr arasında baş verən toqquşmalar nəticəsində ölənlərin sayı 64-ə çatıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə “France Presse” polisə istinadən məlumat yayıb.

Daha əvvəl bildirilmişdi ki, qarşıdurmalar nəticəsində 53 nəfər həlak olub və bu, artıq ölkənin yüksək dağlıq ərazilərində yaxın tarixdə ən böyük qırğın adlandırılır. Bununla belə, fevralın 19-da günorta saatlarında polis əməkdaşları daha 11 ölü cəsədi aşkar ediblər.

Polis sözçüsü agentliyə bildirib ki, kolluqlarda başqa cəsədlər də ola bilər.

Xəbər xətti