Yaponiya Beynəlxalq Əməkdaşlıq Bankı Ukraynanın inkişafı üzrə layihələrin həyata keçirilməsi üçün Qara Dəniz Ticarət və İnkişaf Bankına 150 milyon dollara qədər maliyyə ayıracaq.
Ucnoqta.az TASS-a xəbər verir ki, bunu Ukraynanın iqtisadiyyat naziri Yuliya Sviridenko deyib.
“Bu gün səhər Yaponiya Beynəlxalq Əməkdaşlıq Bankı ilə Qara Dəniz Ticarət və İnkişaf Bankı arasında 150 milyon dollara qədər iki mərhələli kreditin verilməsinə dair memorandum imzalanıb”, - Sviridenko bildirib.
Onun sözlərinə görə, pul kənd təsərrüfatı və nəqliyyat kimi sahələrdə struktur layihələrin hazırlanmasına sərf olunacaq.