Ukraynaya qarşı iki il davam edən müharibə Rusiyaya 211 milyard dollar və 315 min itki verib
Ucnoqta.az xəbər verir ki, bu barədə Reuters Pentaqonun yüksək rütbəli rəsmisinə istinadən yazıb. Bildirilir ki, söhbət hücum əməliyyatları üçün qoşunların təchiz edilməsi, yerləşdirilməsi və saxlanması xərclərindən gedir.
Ümumiyyətlə, Ukraynanın işğalı Rusiya Federasiyasının 2026-cı ilə qədər gözlənilən itirilmiş iqtisadi artımı nəzərə alınmaqla 1,3 trilyon dollara başa gəlib.
Agentliyin həmsöhbətinin sözlərinə görə, Rusiyanın ölən və yaralananlardakı itkiləri 315 min nəfərə çatıb. Bu, 2022-ci il fevralın 24-dək Müdafiə Nazirliyinin malik olduğu şəxsi heyətin təxminən 87%-ni təşkil edir.