Ermənistan “Gələcəyin Oyunları - 2024” beynəlxalq turnirində iştirak etməyəcək.
Ucnoqta.az xəbər verir ki, bu barədə Ermənistanın Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyinin gənclər idman idarəsinin rəhbəri Artur Sedrakyan məlumat verib.
Onun sözlərinə görə, Ermənistan oyunlara dəvət alıb, lakin qeydiyyatdan keçmiş ixtisaslaşmış şirkətlər çıxış etmək üçün iştirakçıları seçə bilməyiblər. Eyni zamanda rəsmi Ermənistanın növbəti müsabiqəyə gələcəyini istisna etməyib.
Fevralın 21-dən martın 3-dək Kazanda “Gələcəyin Oyunları” figital turniri keçiriləcək.