Kadırovun qızı medal alıb

12:28 - 17 Fevral 2024 - DÜNYA

Çeçenistan Respublikasının başçısı Ramzan Kadırovun qızı Xədizat Kadırova “Çeçenistan Respublikasının birinci prezidenti Axmat-Haji Kadırovun xatirəsinə” medalı alıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Rusiya Dövlət Dumasının deputatı Adam Delimxanov Telegram kanalında məlumat verib.

O qeyd edib ki, Kadırovun qızı hər hansı problemin ən optimal həllini taparaq yüksək peşəkarlıq, bacarıq və yaradıcılıq nümayiş etdirir.

Xəbər xətti