Ödənişli yolda “protiv” sürdü, səbəbini ... - Video

21:08 - 16 Fevral 2024 - ÖLKƏ İÇİ

Bir neçə gün əvvəl ödənişli Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunda hərəkət axınının əksinə avtomobil idarə edən şəxsin məsuliyyətə cəlb edilməsinə və bu kimi əməllərin ictimai qınaq obyektinə çevrilməsinə baxmayaraq, yenidən sosial mediada analoji qayda pozuntusunu əks etdirən videogörüntü yayılıb.

DİN-dən “Qafqazinfo”ya bildirilib ki, Baş DYP İdarəsi tərəfindən aparılan araşdırma zamanı həmin şəxsin Xaçmaz rayon sakini Namiq Ağayev olduğu müəyyən edilib. 

“VAZ 2121” markalı, 27-BZ-071 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü törətdiyi əməli avtomobildə yaranmış nasazlıq səbəbindən yolda qalan ailə üzvünə köməklik göstərməyə tələsməsi ilə əsaslandırmağa çalışıb. Onun barəsində qanunvericiliyə uyğun tədbirlər görülüb.

Xəbər xətti