Amerika Birləşmiş Ştatları Yəmənin Husi qiyamçı hərəkatı Ənsar Allaha qarşı sanksiyalar tətbiq edib.
Ucnoqta.az xəbər verir ki, bu barədə Amerika Maliyyə Nazirliyinin saytında məlumat dərc edilib.
Sanksiya siyahısına daxil edilməsi Birləşmiş Ştatlarda aktivlərin dondurulmasını və Amerika vətəndaşlarının və şirkətlərinin bu işdə iştirak edənlərlə iş aparmasına qadağa qoyulmasını nəzərdə tutur.