Birləşmiş Ştatlar Rusiyanın yaxın gələcəkdə NATO-ya və xüsusən də onun şərq cinahındakı dövlətlərə hücumu təhlükəsini real hesab etmir.
Ucnoqta.az xəbər verir ki, bu fikri Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi deyib.
“Hazırda biz belə gözlənilən təhlükə görmürük. Biz NATO-ya, onun şərq cinahına birbaşa təhlükə görmürük, hazırda bunu görmürük”, - Kirbi müsahibəsində bildirib.
Bununla belə, o vurğulayıb ki, Birləşmiş Ştatlar Şimali Atlantika Alyansının şərq sərhədlərində hərbi mövcudluğunu artırmaq üçün daim çalışır.