Avrokuboklarda pley-off mərhələsinin ilk oyunlarından sonra UEFA əmsallar cədvəlini yenilənib.
Ucnoqta.az xəbər verir ki, Avropa Liqasının 1/16 mərhələsində Portuqaliyada "Braqa"ya 4:2 hesabı ilə qalib gələn "Qarabağ" Azərbaycanın hesabına daha 0,500 xal yazdırıb.
Bununla da Azərbaycan UEFA reytinqində Slovakiyanı geridə qoyaraq 27-ci pilləyə yüksəlib. Azərbaycanın mövsümdəki əmsalı 5,375-ə çatıb. Son 5 mövsümdəki ümumi əmsallarının sayı isə 19,625-ə bərabərdir. Slovakiyanın da əmsalı 19.625-dir. Ancaq Azərbaycan klubları bu mövsüm daha çox xal topladığına görə siyahıda öndədir.
Hazırda 26-cı pillədə olan Bolqarıstanın xalları isə 20.375-dir.
Ümumilikdə reytinq cədvəlində cəmi iki yerdəyişmə olub ki, bunun biri "Qarabağ"la bağlıdır. Siyahıda irəliləyən digər ölkə isə Avstriyadlr. Xallarını 32.000-ə çatdıran Avstriya İsveçrəni geridə qoyaraq 12-ci pilləyə yüksəlib.
Qeyd edək ki, reytinq siyahısına 100,803 xalla İngiltərə başçılıq edir.