Xabarovskda polis bank filialını qarətdə şübhəli bilinən şəxsi saxlayıb
Ucnoqta.az xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin rəsmi nümayəndəsi İrina Volk bildirib.
Həmin şəxs hücumu saxta qumbara və oyuncaq tapança ilə həyata keçirib. Cinayətkarın qəniməti 11 milyon rubl olub.
İrina Volkun sözlərinə görə, hücum edən şəxs əvvəllər xaricdən gətirilən avtomobillərin satışı ilə məşğul olub. Biznes zərər verməyə başlayanda idman mərc oyunlarında oynayaraq maddi vəziyyətimi yaxşılaşdırmaq qərarına gəlib.
Qumar da bəxti gətirməyən kişi, bank filialını qarət etmək qərarına gəlib.