Paşinyan Münhen Təhlükəsizlik Konfransında iştirak edəcək

10:54 - 16 Fevral 2024 - DÜNYA

Ermənistanın baş naziri Nikol Paşinyan Münhen Təhlükəsizlik Konfransında iştirak etmək üçün Almaniyaya işgüzar səfərə gedib.

Ucnoqta.az xəbər verir ki, bu barədə Ermənistan Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, Baş nazir Nikol Paşinyan həyat yoldaşı Anna Akopyanla birlikdə fevralın 16-18-də Münhen Təhlükəsizlik Konfransında iştirak etmək üçün Münhenə işgüzar səfərə yola düşüb. Konfrans zamanı baş nazir bir sıra ikitərəfli görüşlər keçirəcək. 

Konfransın proqramına əsasən, Münhendə Azərbaycan prezidenti İlham Əliyevin də çıxışı gözlənilir.

Xəbər xətti