İsrail Ordusunun itkiləri 571 nəfərə çatıb

08:32 - 16 Fevral 2024 - DÜNYA

Fevralın 15-də Xan Yunisdə gedən döyüşlər zamanı daha bir İsrail əsgəri həlak olub.

Ucnoqta.az xəbər verir ki, bu barədə ordunun mətbuat xidmətinin rəsmi məlumatında deyilir. Oktyabrın 7-dən bəri Qəzza zolağında Fələstinin radikal HƏMAS hərəkatı ilə döyüşlərdə İsrail Müdafiə Qüvvələrinin ümumi itkiləri 571 nəfərə çatıb.

Son məlumatlara görə, cümə axşamı Xan Yunisdə gedən döyüşlərdə bir əsgər həlak olub. Eyni bölgədə daha 8 əsgər yaralanıb. Beləliklə, Qəzza zolağında quru əməliyyatı başlayandan bəri həlak olan İsrail hərbçilərinin sayı 233 nəfərə çatıb.

Xəbər xətti